Çempionlar Liqasında dramatik gecə: “Siti” 4 qol vurdu, ancaq pley-offa çıxmadı

Futbol üzrə Çempionlar Liqasının bütün yarımfinalçıları məlum oldu.

Buta.media-nın məlumatına görə, gecənin dramatik matçı Mançesterdə baş tutub.

Yerli “Mançester Siti” klubu “Tottenhem”ə 4:3 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Belə ki, ilk oyunda “Tottenhem” 1:0 hesabı ilə qalib gəlmişdi və səfərdə vurulan qollar sayəsində pley-off-da iştirakını təmin edib.

Maraqlıdır ki, hakimin oyuna əlavə etdiyi dəqiqələrdə Sterlinq “Siti”yə lazım olan qolu vursa da, hakim videotəkrardan sonra qolun oyundankənardan vurulduğunu müəyyən edib.

Digər yarımfinal matçında daha bir İngiltərə təmsilçisi “Liverpul” səfərdə “Porto”ya 4:1 hesabı ilə qalib gəlib – ümumi hesab 6:1.

Bununla da, yarımfinalda, “Tottenhem” – “Ayaks” və “Barselona” – “Liverpul” qarşılaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ