Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldonun transferini rəsmi Twitter hesabında açıqlayıb.

“Bu imza təkcə klubumuzu deyil, həm də liqamızı, millətimizi və gələcək nəsilləri daha böyük uğurlara imza atmaq üçün özlərini ən yaxşı versiyaya çevirməyə ruhlandıracaq”, - klubun məlumatında deyilir deyilir.

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı futbol klubuna keçidini şərh edərkən bildirib ki, o, Səudiyyə Ərəbistanından olan klubun gördüyü işlərdən çox ilhamlanıb və özünü başqa ölkədə yeni futbol liqasında sınamaq arzusu var.

“Mən komanda yoldaşlarıma qoşulmaqdan məmnunam ki, birlikdə klubun daha uğurlu olmasına kömək edə bilək”, - Ronaldo əlavə edib.

Dekabrın 30-da “Al Arabiya” komandaya yaxın mənbəyə istinadən xəbər yayıb ki, Ronaldo Səudiyyə klubu ilə iki mövsümlük müqavilə imzalayıb. Futbolçunun illik maaşının 75 milyon dollar olacağı da bildirilib. Kommersiya ödənişləri ilə birlikdə onun gəliri mövsümdə 200 milyon dollara çatacaq.

Noyabrın 22-də Ronaldonun 2021-ci ildən formasını geyindiyi “Mançester Yunayted” tərəflərin qarşılıqlı razılaşması ilə hücumçu ilə müqaviləyə xitam verdiyini rəsmən açıqlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ