Mbappe DÇ-2022-nin finalında uduzmasına münasibət bildirib

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının finalında millisinin məğlubiyyətindən danışıb. Onun sözlərini Get French Football News sitat gətirir.

“Mən heç vaxt bunu həzm edə bilməyəcəm. Bununla belə, klubumun milli komandamın məğlubiyyətinə görə ödəməsi düzgün deyil, bunlar iki fərqli vəziyyətdir”, - deyə futbolçu bildirib. Mbappe dünya çempionatı başa çatdıqdan iki gün sonra PSJ-yə qayıdıb. O əlavə edib ki, klubla 2022/2023 mövsümünün bütün yarışlarında qalib gəlmək əzmindədir.

Mbappe dünya çempionatının bombardiri oldu. Hücumçu turnirin yeddi oyununda səkkiz qol vurub. Qolçuların reytinqinin ikinci pilləsində rəqiblərin qapısına yeddi dəfə yol tapan Argentina yığmasının kapitanı Lionel Messi qərarlaşıb

Dekabrın 18-də dünya çempionatının həlledici oyununda Fransa yığması 0:2 hesabı ilə birinci hissədən sonra argentinalılara uduzub. 80 və 81-ci dəqiqələrdə Mbappe dubla imza atıb. Əlavə vaxtda Argentina yenidən hesabda önə keçib, lakin Mbappe yenidən hesabı bərabərləşdirərək oyunu penaltilər seriyasına aparıb. Burada isə Argentina komandası daha güclü olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ