Kadi “Qarabağ”dan ayrılır - Rusiya Premyer Liqasına gedə bilər

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borxes karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Braziliyalının transferi ilə bağlı danışıqları “Krasnodar” klubu ilə aparılır. Tərəflər razılığa gəlməyə yaxındırlar.

Cari mövsüm 26 yaşlı futbolçu Azərbaycan çempionatında 15 oyun keçirib və 4 qol vurub. Həmçinin onun hesabında Çempionlar Liqasının təsnifat mərhələsində 7 matçda “qol+pas” (4+3) 7 xalı və Avropa Liqasının 6 oyununda 2 məhsuldar ötürməsi var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ