DÇ-2022: Xorvatiya millisi ilk yarımfinalçı oldu

Xorvatiya millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilk yarımfinalçısı olub.

Ər Rayyan şəhərinin “Edyukeyşeyn Siti” stadionunda keçirilən görüş əsas vaxtda 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu braziliyalı hücumçu Neymar vurub. Daha sonra xorvatiyalı hücumçu Bruno Petkoviç hesabı bərabərləşdirib. Penaltilər seriyasında Xorvatiya komandası daha güclü olub - 4:2.

Xorvatiya növbəti mərhələdə Hollandiya - Argentina cütünün qalibi ilə qarşılaşacaq. Bu oyun dekabrın 9-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ