DÇ-2022: Xorvatiya penaltilərdə Yaponiyanı məğlub etdi

Xorvatiya millisi Yaponiya yığmasına qalib gələrək Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.

Görüş Əl Vakradakı “Əl Janub” stadionunda keçirilib. 43-cü dəqiqədə ilk qolu yaponiyalı hücumçu Daizen Maeda vurub, 55-ci dəqiqədə isə xorvatiyalı hücumçu İvan Perişiç hesabı bərabərləşdirib. Matçın ikinci hissəsində tamaşaçılar heç bir qol görməyiblər. Əlavə vaxtda da, qalibi müəyyən etmək mümkün olmayıb. Penaltilər seriyasında xorvatlar daha güclü olub (3:1).

Dekabrın 9-da 1/4 finalda Xorvatiya Braziliya - Cənubi Koreya matçının qalibi ilə qarşılaşacaq. Bu komandalar dekabrın 5-də Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaqlar.

Bundan əvvəl İngiltərə, Hollandiya, Argentina və Fransa milliləri 1/4 finala yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ