Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçir

Kriştiano Ronaldo 2023-cü il yanvarın 1-dən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun (FK) oyunçusu olacaq.

Bu barədə İspaniyanın “Marca” qəzeti yazır.

Futbolçunun klubla bağladığı müqavilə 2,5 mövsüm üçün nəzərdə tutulub və portuqaliyalını planetin ən yüksək maaş alan idmançısı edir. Ronaldo “Əl-Nəsr”lə müqaviləyə əsasən hər mövsüm üçün 200 milyon avroya qazanacaq.

Media noyabrın 23-də yazmışdı ki, futbolçu “Mançester Yunayted”dən ayrıldıqdan sonra karyerasını “Əl-Nəsr” klubunda davam etdirə bilər.

“Mançester Yunayted” portuqaliyalı ilə müqaviləni noyabrın 22-də ləğv edib. Bildirilib ki, bu qərar qarşılıqlı razılaşma əsasında verilib.

Bundan əvvəl, noyabrın 13-də Ronaldo jurnalist Piers Morqanla müsahibəsində komandanın beynəlxalq arenada və ölkə çempionatında uğursuzluqları fonunda “Mançester Yunayted”in onu klubdan getməyə məcbur etməyə çalışdığını bildirib.

Ronaldo 2021-ci ilin yayında İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib. O, 5 dəfə “Qızıl top” mükafatının qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, 2016-cı ildə Avropa çempionatının qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ