Niderland millisi DÇ-2022-də dörddəbir finala yüksəlib

Futbol üzrə ABŞ milli komandası 2022-ci il dünya çempionatının 1/8 final matçında Hollandiya komandasına uduzaraq turnirlə vidalaşıb.

Dohadakı “Xəlifə” Beynəlxalq Stadionunda keçirilən görüş 3:1 hesabı ilə hollandların xeyrinə başa çatıb. ABŞ-ın yeganə qolunu hücumçu Hacı Rayt vurub. Niderlandın heyətində isə Memfis Depay, Deyli Blind və Denzel Dumfris fərqlənib.

Beləliklə, Hollandiya yığması dünya çempionatının 1/4 finalına yüksəlib. Komanda dekabrın 9-da Argentina - Avstraliya matçının qalibi ilə qarşılaşacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ