Qətərdə qalmaqal: Azarkeş LGBT bayrağı ilə stadiona girdi - foto

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Portuqaliya və Uruqvay matçı zamanı yerli hakimiyyəti üçün son dərəcə xoşagəlməz epizod baş verib.

Belə ki, LGBT bayrağı olan azarkeş meydançaya girib. Bildiyiniz kimi, Qətərdə, o cümlədən dünya çempionatı zamanı LGBT təbliğatı qəti qadağandır. Yerli hakimiyyət orqanları cinsi azlıqlara dəstəyin istənilən təzahürünə qarşı inadla mübarizə aparır.

Stadiona çıxan azarkeşin formasında həmçinin Ukrayna və iranlı qadınları dəstəkləyən sözlər də olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ