Qətərdə Messi qalmaqalı

Orta çəkidə (76,2 kq-a qədər) boks üzrə mütləq dünya çempionu meksikalı Saul Alvares argentinalı futbolçu Lionel Messini Meksikanı təhqir etməkdə ittiham edib. Bu barədə Alvares Twitter-də yazıb.

Şənbə günü, noyabrın 26-da argentinalı müdafiəçi Nikolas Otamendi Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatının qrup mərhələsində Meksika üzərində qələbəni (2:0) qeyd edərkən milli komandanın paltardəyişmə otağından video yayımlayıb. Videoda Messi skamyada əyləşərək ayağını yerə atılan Meksika köynəyinə qoyub. Xarici KİV xəbər verir ki, bu, Saul Alvares də daxil olmaqla meksikalıların narazılığına səbəb olub.

“Messinin meksikalı köynəklə döşəmə sildiyini gördünüzmü? Messi Allaha dua etsin ki, onunla heç yerdə rastlaşmayım” sözlərini yazıb və əlavə edib: “Mən Argentinaya hörmət etdiyim kimi Meksikaya da hörmət edilməsini istəyirəm. Mən bütün Argentinanı demirəm, sadəcə bu Messi haqqındadır”.

Alvares 58 döyüş keçirib, iki məğlubiyyət alıb və iki döyüşü heç-heçə başa vurub. O, çəki dərəcəsindən asılı olmayaraq, dəfələrlə dünyanın ən yaxşı boksçularının reytinqinə başçılıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ