DÇ-2022: İran Uelsə qalib gəldi - VİDEO

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib. 

Günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəliblər. 

Qarşılaşma İranın 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezayan fərqlənib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ