ALmaniya millisi Yaponiyaya uduzdu - DÇ-2022-də növbəti sensasiya

Almaniya millisi Qətərdə DÇ-2022-nin qrup mərhələsinin açılış oyununda Yaponiya millisinə uduzub.

Dohadakı “Xəlifə” stadionunda keçirilən görüş 2:1 hesabı ilə yaponların xeyrinə başa çatıb. 33-cü dəqiqədə yarımmüdafiəçi İlkay Gündoğanın penaltini dəqiq yerinə yetirməsi ilə almanları hesabda irəli çıxarıb. Yaponiyalı yarımmüdafiəçi Ritsu Doan 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Takuma Asano isə 83-cü dəqiqədə komandasını qələbə qolunu vurub.

E qrupunun digər oyununda İspaniya millisi Kosta-Rika ilə qarşılaşacaq.

Dünya çempionatı dekabrın 18-dək davam edəcək. Almaniya millisi 2014-cü ildə dünya çempionatının qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ