DÇ-da Argentinadan şok məğlubiyyət - VİDEO

Argentina yığmasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Lionel Skalonenin baş məşqçi olduğu komanda Qətərdə keçirilən dünya çempionatının ilk matçında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub.

Asiya təmsilçisi cənubi amerikalıların 36 matçlıq seriyasına son qoyub. Argentina İtaliyanın 37 oyunluq nailiyyətini təkrarlaya bilməyib.

"Tanqoçular" bu görüşədək sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə yenilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ