İTV dünya çempionatının kabel televiziyalarında yayımı ilə bağlı açıqlama verdi

Bəzi sosial şəbəkələrdə Qətərdə Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman Azərbaycanda kabel telekanallarının çempionatla bağlı yayımının dayandırıldığı bildirilir və qeyd olunur ki, oyunlar başlayan zaman həmin telekanallar əvəzinə, İctimai TV yayımlanmağa başlayır.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən  verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur.

Qeyd edilib ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, Kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb: 

“Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ