İran futbolçularından etiraz: DÇ-2022-də ölkə himnini oxumadılar - video

İran millisi 2022-ci il futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turunun oyununu İngiltərə millisinə qarşı keçirir.

İran milli komandasının futbolçuları DÇ-2022-nin İngiltərə ilə oyunundan əvvəl öz ölkələrinin himnini oxumayıblar. Bununla onlar ölkələrindəki etirazlarla həmrəy olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, İranda iki aydır etiraz aksiyaları keçirilir. Məhsa Əmininin ölümündən sonra dövlət quruluşuna qarşı kütləvi iğtişaşlar başlayıb.

Oyun Dohadakı “Xəlifə” stadionunda keçirilir. Görüşün baş hakimi braziliyalı Rafael Klausdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ