Azərbaycanın güləşçisi erməni rəqibini məğlub edti

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Ruminiyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Buta.media xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ