Makqreqor azadlıqda – VIDEO + YENİLƏNİB

İrlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) döyüşçüsü Konor Makqreqor girov müqabilində sərbəst buraxılıb. 

 

Bu barədə “Bloody Elbow” məlumat yayıb. 

 

İdmançı şərti azadlığa çıxmaq üçün 12,5 min dollar girov qoyub. K.Makqreqorun nümayəndəsi 30 yaşlı döyüşçünün müstəntiqlərlə tam əməkdaşlığa hazır olduğunu bildirib.

 

08:31

İrlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Mayami şəhərində polis tərəfindən saxanılıb.

 

“Russian Today” xəbər verir ki, o, dələduzluq və xuliqanlıqda ittiham olunur.

 

Məlumata görə, Makreqorun fanatlarından biri hotelin yaxınlığında onun şəklini çəkmək istəyib. Lakin irlandiyalı idmançı fanatın əlindən telefonu alaraq qırıb və özü ilə aparıb.

 

Polisə şikayət əsasında Makqreqor saxlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ