Zidan “Real”a qayıtdı

Madridin “Real” klubu öz saytında fransalı baş məşqçi Zinəddin Zidanın komandaya qayıtmasını elan edib.


Mütəxəssislə 2022-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.


Zinəddin Zidan bu postda argentinalı mütəxəssis Santyaqo Solarini əvəzləyib. 


“Zidan oyunçu və məşqçi kimi tarix yazdığı kluba qayıdır”, - mətbuat xidmətinin məlumatında deyilir.


Qeyd edək ki, “Real” 2018/2019-cu mövsümdə iki dəfə baş məşqçisini dəyişib. 


Oktyabr ayında Xulen Lopeteqi “Real”ın baş məşqçi vəzifəsindən azad edilib və bu posta Solari təyin olunub. 


Argentinalının rəhbərliyi altında “kral klubu” İspaniya Kubokunda və Çempionlar Liqasından kənarda qalıb, ölkə çempionatında isə lider “Barselona”dan geri 12 xal qalıb.


Zinəddin Zidan “Real”ı 2018-ci ilin mayında, Çempionlar Liqasında ardıcıl üçüncü qələbədən sonra tərk edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ