Vəli Ələsgərov həbsxanadan buraxıldı

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.

Vəkil Vüqar Xasıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, general-mayor Vəli Ələsgərov təxminən yarım saat əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib.  

Xatırladaq ki, ötən gün Ali Məhkəmənin qərarı ilə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi qərara alınıb. Bu gün isə vəkil qərarın icra olunmadığını bildirirdi. 

17:26

Dünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Vüqar Xasayev məlumat verib. 

Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir: 

“Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir”. 

Xatırladaq ki, ötən gün Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ