Hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkələrdə Azərbaycan Ordusuna aid maşın karvanında hərflərlə bağlı açıqlama verib.
Ekspert bildirib ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).
“Fotolardan göründüyü kimi, adi “Z”dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil”, - deyə Ə.Verdiyev bildirib.