“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.
Bu barədə axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
“Hərbi vəzifəlilər hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması barədə çağırış vərəqələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla məlumatlandırıla bilərlər”, - Səfərbərlik Xidmətindən qeyd edilib.