Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirildi - foto

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə Nuhçıxan İnformasiya Agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən PUA müşahidə olunub.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan PUA xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ