Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat yalandır - MN

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - məlumatda qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ