“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov

“Toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq geri çəkilməyə məcbur edilib. Ermənistan ordusu atəşkəs razılaşmasına əməl etməyib və çirkin əməlləri davam etdirilib”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

“Hazırda vəziyyət gərgin olaraq qalır. Təəssüflə bildirim ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ