“Leyla”: Qazaxıstan öz PUA-sına azərbaycanlı pilotun adını verdi - foto

Qazaxıstan Bakıda keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində yerli “Leyla” pilotsuz uçuş aparatını təqdim edib.

Mülki istifadə üçün nəzərdə tutulan PUA İkinci Dünya Müharibəsi zamanı 4000-dən çox desant və pilot hazırlamış Azərbaycanda və Qafqazda ilk qadın pilot, aviasiya mayoru Leyla Məmmədbəyovanın adını daşıyır.

“Leyla” PUA-sı kənd təsərrüfatı və neft-qaz sənayesində, geologiya, monitorinq, axtarış-xilasetmə əməliyyatlarında, eləcə də digər məqsədlər üçün istifadə oluna bilər.

Aparatın uçuş sürəti 160 km/saata qədər, maksimal hündürlüyü 3500 metr, uçuş müddəti beş saat, fəaliyyət radiusu 80-100 km-ə qədərdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ