Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub? - açıqlama

Baş Prokurorluq Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması xəbərinə münasibət bildirib.

Qurumdan qeyd edilib ki, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bir sıra media orqanlarında Z.Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat yayılmışdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ