Polis rəisi və beş DYP əməkdaşı işdən çıxarıldı - video

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, o, sərəncama götürülüb.

Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur. 

Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib. 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ