Azərbaycan hərbçisi həlak oldu - Generalın nəticəsi idi

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir, o, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ