Gəncədə yol polisi ailəmi bir-birinə vurdu - VİDEO

Gəncə şəhərində Dövlət Yol Polisinin Yol Patrul Xidmətinin avtomobilinin iştirakı ilə zəncirvari qəza olub. 

Buta.media Oxu.Az-a istinadla verdiyi məlumata görə, hadisə ötən gün saat 15:00 radələrində şəhərin M.Paşayev küçəsində qeydə alınıb. 

Qəza ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumatı təsdiqləyib. 

“Qəza zamanı DYP-yə məxsus 99-YP-210 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobil ZİL markalı, daha sonra isə “Toyota” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Toyota” “QAZ-31” markalı maşına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - o bildirib.

DYP rəsmisi qeyd edilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ