Azərbaycan PUA-sı erməni terrorçularının avtomobilini məhv etdi - video

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus hərbi avtomobil məhv edilib.

Buta.media-nın məlumatına görə, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında terrorçulara zərbə endirib.

Nəticədə “Ural” markalı hərbi yük avtomobili sıradan çıxarılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ