Gömrükdə dava: İşçilərin üstünə bıçaq çıxardılar - VİDEO

Dövlət Gömrük Komitəsi “Biləsuvar” gömrük postunda baş vermiş insidentlə bağlı açıqlama verib.

Buta.media-nın məlumatına görə, DGK-dan bildirilib ki,  hadisə bu il martın 19-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Biləsuvar rayon sakini Əbdürrəhmanov Niyaməddin Rafiq oğlunun gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq, gömrük qanunvericiliyini və ictimai asayişi pozma cəhdi nəticəsində baş verib.

Postun idxal-piyada xəttinə daxil olan Niyaməddin Əbdürrəhmanovun gətirdiyi mallara gömrük baxışı zamanı onun bu il mart ayının 14-də də ölkə ərazisinə müəyyən olunmuş miqdardan artıq ərzaq məhsulları və tütün məmulatları gətirdiyi müəyyən edilib.

Buna görə də həmin şəxsə malların saxlanca verilməsi təklif olunub.

Dəfələrlə aparılan izahat işlərinə baxmayaraq gömrükçülərin haqlı tələblərinə məhəl qoymayan şəxs onları nalayiq ifadələrlə təhqir edib, soyuq silah - bıçaqla əvvəlcə özünə xəsarət yetirəcəyini bildirib, daha sonra postda xidmət aparan gömrük əməkdaşlarına fiziki təzyiq göstərib.

Bu səbəbdən gömrük əməkdaşları qanunvericiliyə uyğun olaraq həmin şəxsi məcburi qaydada piyada-idxal xəttindən uzaqlaşdırıb və bu zaman həmin şəxsə qarşı fiziki zərbə və ya digər hərəkət tətbiq edilməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ