Türkiyə Azərbaycana yeni minatəmizləyən maşınlar verdi - foto

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib.

Buta.media-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. 

“Yerli və milli vasitələrlə istehsal olunan daha 13 Mexaniki Minadan Təmizləmə Aparatı (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib. Bu günə kimi Azərbaycana ixrac edilən MEMATT-ın sayı 20-yə çatıb”, - deyə məlumatda qeyd olunur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ