Azərbaycan Ordusunda yoxlamalar keçiriləcək

Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək.

Bu barədə müdafiə naziri Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə deyib.

Nazir yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair xüsusi göstərişlər verib.

Bundan əlavə Zakir Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması, gənc əsgərlərin qəbulu, müvafiq bölmələrdə yerləşdirilməsi, həmçinin Hərbi Andiçmə mərasimlərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ