Ermənistanla sərhəddə atışma barədə xəbərlər yalandır - MN

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib.

Bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.

“Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır”.

Xatırladaq ki, daha əvvəl Müdafiə nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ