Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. Bu barədə məlumatlı mənbələrə istinadən “Minval” saytı məlumat yayıb.
Bildirilir ki, ötən gün saat 17:15-də Rusiya Federasiyası sülhməramlılarının Ağdamdan keçərək Əsgəran-Ağdərə marşrutu ilə hərəkət edən 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət karvanı Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində yoxlama üçün dayandırılıb.
Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında beş ədəd “Kalaşnikov” avtomatı (AKM) aşkar edilib.
Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına görə sülhməramlıların hərbi kolonu geri qaytarılıb.