DYP postlarının yeri dəyişdirilir

Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin magistral yollardakı stasionar postlarının bəzilərinin yeri dəyişdirilir. 
 
Buta.media xəbər verir ki, News24.az -ın məlumatına görə Bakı Qazax avtomobil magistralında yerləşən DYP postlarına yeni binaların tikintisinə başlanılıb. 
 
Bakı-Ələt yolunda Sahil qəsəbəsi yaxınlığındakı məşhur Qaradağ postu bir qədər paytaxtdan uzaqlaşdırılacaq. Qaradağ postu üçün Qobustan qəsəbəsi yaxınlığında yeni bina tikilib və işlər yekunlaşmaq üzrədir. Yeniliklər çərçivəsində bəzi DYP postlarının ləğv edilməsi də gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ