Polis maşını Kürə düşdü: ölən var

“Fiat” markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

11:39

Azərbaycanda polis əməkdaşları ağır yol-nəqliyyat hadisəsinə düşüblər.

Hadisə bu gün səhər saat 7:00 radələrində baş verib. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov təlimə gedərkən rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsı nəticəsində həlak olub.

Unikal.org yazır ki, xidmət yerinə gedən polis maşını idarəetmədən çıxaraq körpüdən Kür çayına düşüb. Qəza zamanı maşında dörd polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb. 

1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ