Azərbaycanda üç polkovnikə general rütbəsi verildi

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
 
Buta.media AZƏRTAC-a istinadən məlumat verir ki, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
 
general-leytenant ali hərbi rütbəsi
 
general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova
 
general-mayor ali hərbi rütbəsi
 
polkovnik Araz Süleyman oğlu Əhmədova
 
polkovnik Zaur Aydın oğlu Əliyevə
 
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ