Şəhidimiz dəfn olundu - FOTO

Martın 26-da Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlu dəfn olunub.
 
Buta.media xəbər verir ki, bu barədə Oxu.Az-ın bölgə müxbiri məlumat verib.
 
Dəfn mərasimində böyük izdiham müşahidə edilib.
 
Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
 
Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq, növbəti təxribatların qarşısı alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ