Baş Prokurorluqdan Elvin Cəfərovun intiharı ilə bağlı - AÇIQLAMA

Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Buta.media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabirabad rayonu Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi 2 gün öncə dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad Rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ