Nazilə Səfərli həbs olunub? - DİN-dən açıqlama

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.

“Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir:

“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.

Qeyd edək ki, N.Səfərli həbs xəbərləri yayılandan sonra Şəmkirdə toyda sosial şəbəkə vasitəsilə canlı yayıma çıxıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ