Polis Bakıda aksiya çağırışlarına reaksiya verdi

Daxili İşlər Nazirliyi (DİN) iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindan bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir:

"Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ