Komando bölmələrində təlim məşqləri keçirilir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ