200 min manat rüşvət alıb - General Xəlilov həbs edildi

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun nədə ittiham olduğu məlum olub.

APA xəbər verir ki, gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ