Səfər Mehdiyevdən saxlanılan generalın yerinə - TƏYİNAT

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə yeni direktor təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb. 

Əmrə əsasən, sözügedən vəzifəyə Məsumov Hüseyn Möhsün oğlu təyinat alıb.

Qeyd edək ki, DGK-nin “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov vəzifəsindən kənarlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ