İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu yanaşı, daha bir neçə nəfər xəsarət alıb.
Buta.media-nın APA-ya istinadən xəbərinə görə, onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir.
Xəsarət alanlar - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı və Cəlal Babayev xəstəxanaya yerləşdiriliblər.
Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.
10:48
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.
Bu barədə Buta.media-ya agentlikdən bildirilib.
Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində qeydə alınıb. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb/
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.