Polis rəisinin oğlu bahalı maşında yüksək sürətlə radara düşdü - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyin olunan rəis Əkbər İsmayılovun oğlu Ülvi İsmayılov yüksək sürətlə radara düşüb.
 
Buta.media Gununsesi.org-a istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 84.6 km-də sürət həddi 90 km/saat müəyyən olunan yolda Ülvi İsmayılov özünə məxsus 10 TO 020 dövlət qeydiyyat nömrə nişanlı "Porsche Panamera” maşını ilə sürət həddini aşaraq 149 km/saat -la radara düşüb.

.
   
Qeyd olunur ki, Ülvi İsmayılov özü də DİN əməkdaşıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ