Polis yanğında huşunu itirən vətəndaşı xilas edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.
Polis əməkdaşı vətəndaşı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.