Bu gün günorta saatlarında Bakıda bir sıra fəallar aksiya keçirib. Bir saata yaxın davam edən aksiyada bir sıra şüarlar səsləndirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb:
“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə bir sıra ictimai fəallar mayın 14-də Bakıda etiraz aksiyası keçiriləcəyinə dair məlumatlar paylaşırdı.