Vilayət Eyvazov bu rayonun DYP rəisini işdən azad etdi

Samux RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

R.Bağırov DİN-in sərəncamına götürülüb. Hələ ki, o başqa vəzifəyə təyinat almayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ